Bu gün saat 14:00 radələrində Bakının Xətai rayonunda Keşlə stansiyası ərazisində şiddətli yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın Keşlə dəmiryolu stansiyasında mazutlu sahədə başlayıb.
Hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın və xeyli yanğınsöndürən əməkdaş cəlb edilib. Yanğın nəticəsində xəsarət alanlar bərədə hələ ki, məlumat yoxdur. Hazırda yanğının söndürülməsinə çalışılır.