“İnter” erməni komandasını darmadağın etdi

 

Azərbaycan çempionu “Birlik Kuboku”nun yarımfinalında

 

Bakının “İnter” klubu Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Birlik Kuboku”nda yarımfinala yüksəlib.

İkiqat Azərbaycan çempionu ¼ finalda Ermənistanın “Mika” komandasını darmadağın edib – 4:0.

Hesabı 30-cu dəqiqədə Vladimir Levin açıb. Bundan 5 dəqiqə sonra Girt Karlson ikinci qolu vurub. İkinci yarıda “İnter” daha 2 dəfə fərqlənib. 50-ci dəqiqədə Dmitri Kruqlov, 59-cu dəqiqədə isə Girt Karlson “Mika”nı məyus ediblər.

“İnter”in yarımifinalda rəqibi saat 17:00-da HİK (Finlandiya) və “Zenit” (Rusiya) komandaları arasında start götürən oyunun qalibi olacaq. Həmin yarımfinal matçı yanvarın 21-də saat 18:00-da başlanacaq.