Terror təşkilatı bir gündə iki bölgədə türk ordusunu hədəf alıb
PKK terror təşkilatı növbəti dəfə Türkiyə orudusunu hədəf alan hücum reallaşdırıb. Terrorçular Hakkari vilayətinin Şemdinli bölgəsinə bağlı Bağlar və Zorkeçid kəndləri arasında hərbi konvoyun hərəkəti zamanı partlayıcı qurğunu işə salıblar. İlk partlayışdan sonra ardıcıl olaraq üç yeni partlayış meydana gəlib. Bununla yanaşı yenə Şemdinlidə İran sərhədində olan Jandarma qüvvələri qumbaratandan atəşə tutulub. Ordu terroçuların zərərisləşdirilməsi əməliyyatlarına başlayıb.
Bağlar və Zorkeçid kəndləri arasındakı yola PKK-çılar döşənilən patlayıcının işə düşməsi nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur. Lakin partlayışdan sonra Yüksekova istiqamətindən 2 “kobra” tipli qırıc vertolyot havaya qalxaraq hadisı yerinə doğru üçüb. Qırıcılarla yanaşı zirehli texnika da terroçuların axtarışına cəlb olunub. Bölgədə terrorçularla əsgərlər arasında qarşıdurma yaşandığı bildirilir.
Bu arada Gaziantep şəhərində 9 nəfərin ölümü, 66 nəfərin yaralanması ilə nəticələnən dəhşətli partlayışa görə daha 2 nəfər saxlanılıb. Adları açıqlanmayan şəxslərin Mersin şəhərində həbs edildiyi bildirilib. Onlar hadisənin baş verdiyi Gaziantep şəhərinə göndərilib. Əlavə edək ki, həmin partlsyışa görə PKK məsuliyyət boynuna almasa da Türkiyə qanlı hadisənin məhz bu təşkilat tərəfindən törədildiyini açıqlayıb.