Ziya Məmmədov şəxsi təyyarə alıb

ziya memmedovHakim ailə Kəmaləddin Heydərova verdiyi imtiyazı nəqliyyat nazirinə də tanıdı

Nəqliyyat naziri Ziya Məmmədov şəxsi təyyarə alıb. Bu barədə qəzetimizə verən məlumat verən mənbə bildirib ki, nəqliyyat nazirinin təyyarəsi hazırda Binə aeroportunda saxlanılır.
Məlumat üçün deyək ki, indiyə qədər hakim ailə üzvlərinin və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun şəxsi təyyarəyə sahib olduğu barədə məlumatlar var idi. Məmurlardan kimsə ailənin icazə olmadan şəxsi təyyarəyə sahib ola bilməz. Bu hüquq məmurlar arasında yalnız Kəmaləddin Heydərova verilmişdi. Və “fövqəlnazir” də mülki aviasiyanın ən sürətli və xüsusi olaraq hazırlanan, hakim ailə üzvlərinin də istifadə etdiyi “Gulf Stream” markalı təyyarə almışdı.
Ziya Məmmədovun təyyarəsinin də “Gulf Stream” markalı olduğu bildirilir. Görünür, hakim ailə Kəmaləddin Heydərovdan sonra Ziya Məmmədova da şəxsi təyyarə almağa icazə verib. Bəzi məlumatlara görə, təyyarə Ziya Məmmədova məxsus “ZQAN Holding”in adına alınıb.
“Gulf Stream” markalı təyyarələrinin qiyməti modifikasiyasından asılı olaraq 50-100 milyon dollar civarındadır.

Informasiya şöbəsi