İrandan İsrailə “dağıdıcı cavab” təhdidi

İranla İsrail arasında qarşılıqlı hədə diplomatiyası davam edir. İranın Ağsaqqallar Şurasının rəhbəri Möhsün Rzai İsraili dağıdıcı cavab zərbələri ilə hədələyib. Onun sözlərinə görə, İsrail İrana hücum edərsə bu yəhudi dövlətinin məhvinə yol açacaq. İranın müdafiə naziri Əhməd Vahidi deyib ki, ölkəsi son odel müasir raketlərə sahibdir və İsrailin istənilən hücumuna dağıdıcı cavab verəcək.