Suriya erməniləri işğal altındakı Azərbaycan torpaqlarında yerləşməkdən imtina ediblər. Xatırladaq ki, bir qədər əvvəl Ermənistan vətəndaş müharibəsi ilə əlaqədar Suriyadan qaçqın düşmüş ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsini təklifini irəli sürmüşdü.
Ermənistanın təklifinə baxmayaraq, separatçı Dağlıq Qarabağ rejimi hələlik Suriya ermənilərindən məskunlaşmaq üçün müraciətin olmadığını bildirib. Bu barədə separatçı rejimin “rəsmi nümayəndəsi” David Babayan açıqlama verib.“Bununla belə, müraciət olarsa, soydaşlarımıza məskunlaşma üçün hər cür yardım etməyə hazırıq”, – deyə D. Babayan bildirib.
İnformasiya şöbəsi