O, suriyalı üsyançılara dəstək üçün bu ölkəyə yollanıb
Suriyada Bəşər Əsəd rejiminə qarşı üsyançılarla yanaşı müxtəlif müsəlman ölkələrindən gəlmiş silahlılardan ibarət cihad dəstələri də vuruşur. Cihad dəstələrində Tunisdən, Liviyadan hətta Azərbaycandan olanlar da var. Əbu Zübyed adlı islamçı vatxilə Liviyada Müəmmər Qəzzafi rejiminə qarşı vuruşub, indi isə Əsədin devrilməsi üçün üsyançılara dəstək olur. O, cihad naminə ölkəsini və ailəsini tərk edərək müqəddəs müharibəyə qatıldığını deyib.
Hələbin müxtəlif yerlərində qərargah qurmuş həmin cihad qrupları özlərini peşəkar inqilabçı təyinatlılar adlandırırlar. Əsəd rejiminə qarşı vuruşan cihadçılardan biri də Azərbaycanlıdır. O, ərəb dilində danışa bilməsə də türkcə sərbəst danışır. Azərbaycanlı bildirib ki, televizorda Suriayda yaşananları gördükdən sonra buraya gələrək Bəşər Əsədə qarşı vuruşmaq qərarı verib.