“Misir hüquqi dövlət olacaq”

Məhəmməd Mursi:“Ölkəni imanla və demokratiya ilə inşa edəcəyik”

Mübarək rejiminin devrilməsindən sonra keçirilən ilk demokratik seçkilərdə Misir prezidenti seçilən Məhəmməd Mursi növbəti iddialı bəyanatla yadda qalıb. Mursi Misiri imanla inşa edəcəklərini və ölkənin hüquqi dövlət olacağını söyləyib. Təravih namazını prezident sarayının yaxınındakı Ömər Bin Əbdüləziz məscidində qılan Mursi daha sonra etdiyi çıxışında ölkəni imanla və demokratiya ilə inşa edəcəklərini deyərək, qanunların əsas mənbəyinin İslam hüququ olacağını bildirib.

Quran-ı Kərimin yalnız oxunmaq və dinləmək üçün enmədiyini deyən Mursi, müqəddəs kitabda yazılanların həyata keçəcəyi təqdirdə yalnız müsəlmanların deyil, qeyri-müsəlmanların da problemlərinin həll olacağını söyləyib. Misir prezidenti düşmənlərin həmişə ayıq olduğunu bildirərək xalqı birliyə səsləyib.