Olimpiya çempionu cərimələndi

Türkiyəli taekvandoçu radara düşüb

London 2012 XXX Yay Olimpia oyunlarında Türkiyəni təmsil edərək ölkəsinə qızıl medal qazandıran taekvondoçu Sərvət Tazəgül icarəyə götürdüyü avtomobillə eyni yolda iki dəfə radara düşüb. “Doğan” agentliyinin (DHA) məlumatına görə, hadisə çempion Taekvondo Federasiyasının Konya şəhərində verdiyi iftar ziyafətinə gedərkən baş verib.

Məlumata görə, 160 km-lik sürət həddini 2 dəfə aşaraq radara düşən Tazəgül hər dəfə üçün 319 lirə (təx. 140 manat) olmaqla cəmi 638 lirə (280 manat) cərimə ödəməyə məhkum edilib. Jurnalistlərin, “polislər sizi tanımadımı?” – sualına, olimpia çempionu polislərin onu tanıdığını deyib: “Polislər məni tanıdı, “səninlə fəxr edirik, amma cəriməni də yazmağa məcburuq” – dedilər” – deyə Sərvət Tazəgül bildirib.