Mehriban Əliyevanın adından fırıldaqçılıq

Bakıda dul qadınları aldadan dəstə üzvləri yaxalandı

Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi müəyyən edib ki, Göyçay şəhər sakini Elnur Fərzəliyev, Bakı şəhər sakini Lida Mirzəliyeva və Ruzi Abıyev Yasamal rayonu ərazisində qanunsuz olaraq Dövlət Yardım Komitəsi təşkil edib, aztəminatlı ailələrə yardım etmək adı ilə 1983 vətəndaşı aldadaraq, hər birindən 2 manat pul alaraq (cəmi 3966 manat) mənimsəyib.
Məlumatda insanları aldadan şəxslərin saxlanıb-saxlanmaması barədə məlumat verilmir. Xatırladaq ki, “Yeni Müsavat” qəzeti naməlum şəxslərin dul qadınları aldadaraq onlara “Mehriban Əliyeva adına Yardım Mərkəzindən yardım veriləcəyi adı ilə 2 manatdan pul yığdığını yazıb. Bundan sonra çoxsaylı dul qadın vəd edilən zaman Fəvvarələr bağına yığılıb və orada aldadıldıqlarını bilərək etiraz edib.