Altı ayda Azərbaycan Gürcüstana 224 milyon dollar pul yatırıb

Bu vəsaitin Azərbaycan hakimiyyəti nümayəndələrinə məxsus olduğu şübhə doğurmur

Azərbaycan bu ilin birinci yarısında Gürcüstana 224,2 mln. dollar investisiya qoyub.

Ümumilikdə Gürcüstan iqtisadiyyatına birbaşa xarici invesitisiyaların 36,6%-i Azərbaycanın payına düşür. İnvestisiyalar əsasən nəqliyyat və rabitə, energetika, tikinti sektoruna qoyulub.

İlk üçlükdə Azərbaycandan sonra Niderland (12,4%) və Türkiyə (11,3%) sıralanıb.