Daha bir olimpiya çempionu mükafatını zəlzələ qurbanlarına bağışladı

London Olimpiadasında  qızıl medal qazanan İran güləşçisi, milliyətcə azərbaycanlı olan Hamid Mohammad Sourian qazandığı mükafatı Güney Azərbaycanda bir neçə gün əvvəl baş vermiş zəlzələdən ziyan çəkmiş soydaşlarımıza bağışlayıb (ann.az).

Yunan-Roma güləşçisi Hamid Mohammad Sourian 55 kq çəki dərəcəsində finalda Azərbaycan təmsilçisi Rövşən Bayramovu məğlub etmişdi..

İki gün əvvəl İranın yunan-roma güləşi üzrə 96 kiloqram çəkidə olimpiya çempionu, əslən azərbaycanlı Qasem Rezai də qızıl medala görə pul mükafatını Güney Azərbaycanda zəlzələdə zərər çəkənlərə yardım fonduna bağışlamışdı.