ANS televiziyasının xidməti avtomobillərindən biri qəzaya uğrayıb. Hadisə 12 radələrində Heydər Əliyev prospektindəki yol ötürücüsündə baş verib. Hadisə zamanı maşında “Növbətçi” verilişinin müxbiri və operatoru olublar. Maşın arxadan vurulub və zərbənin gücündən beton maneəyə çırpılıb. Qəza nəticəsində ANS-in əməkdaşı Rövşən İbrahimov xəsarət alıb. İbrahimov 1 saylı xəstəxanaya çatdırılıb. Xəstəxanadan “Publika.az”a bildirilib ki, İbrahimov kəllə-beyin travması alıb. Hazırda vəziyyəti normaldır.
ANS-in əməkdaşları qəzaya düşdü
•