“İslamazeri.az” saytının yaydığı məlumata görə, Ədliyyə Nazirliyinin penitensiar xidmətinin 16 saylı ümumi cəzaçəkmə müəssisəsində Lökbatan ruhanisi Füzuli Novruzov vəfat edib. Mərhumun ifarkt xəstəliyindən dünyasını dəyişdiyi bildirilib.
İranda təhsil almış ruhani bu ilin fevral ayında kütləvi həbslər zamanı həbs olunmuş, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il azadlıqdan məhrum edilmişdi.