İranın Şərqi Azərbaycan vilayətində yenidən zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, Bakı vaxtı ilə saat 19.02-də əvvəlki zəlzələ ocağında baş verən zəlzələnin gücü episentrdə 5,0 bal, dərinliyi 10 km olub.
Təkanlar Azərbaycanın İranla sərhəd ərazilərində də hiss olunub. Zəlzələ daha çox Lənkəran rayonunda – 2, 5 bal gücündə hiss edilib.
Bundan başqa, Astara rayonunda, Naxçıvan Muxtar Respublikasında da yeraltı təkanlar qeydə alınıb.