Onlar kürdlərlə əlbir oldu
Suriyanın şimalında Kobani şəhərinin idarəçiliyi erməni və kürdlərin əlinə keçib. Əhalisinin böyük əksəriyyətinin kürdlər təşkil etdiyi Kobanidə (Əyn əl-ərəb) Xalq parlamenti yaradılıb. Bu orqanın 33 üzvü var və onlar 350 minlik şəhərə rəhbərlik edəcəklər.
“Timeturk” xəbər portalının məlumatına görə, Kobani nəzarəti hakimiyyət qüvvələri tərəfindən yerli əhaliyə verilən şəhərlər siyahısına daxildir. Bu şəhərdə toqquşmalar olmayıb, həyat öz normal axarında davam edir. Şəhərin təhlükəsizliyi üçün şəhərdə postlar qurulub, orada gənclərdən ibarət silahlılar növbə çəkirlər. Şəhərin divarlarına isə bütün kürd partiyalarının birləşməsini simvolizə edən TEV-DEM rənglər əks olunub. Şəhəri idarə edəcək şura yaradılıb. Tərkibinə 33 nəfərin daxil olduğu bu quruma kürdlərdən başqa ərəb və ermənilər də daxildirlər.