Daha bir qadın özünü qatarın altına atdı

Şəmkir sakini intihara cəhd edib.

APA-nın  verdiyi məlumata görə, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Pərvanə İsmayılova özünü hərəkətdə olan qatarın altına atıb. Ağır bədən xəsarətləri alana qadın dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır-orta ağır olduğu bildirilir.

Məlumata görə, P. İsmayılovanın intihara cəhd etməsinin səbəbi həyat yoldaşından boşanması olub.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.