ABŞ Rusiyaya ultimatum verdi

ABŞ Dövlət Departamenti Rusiyadan sentyabrın 2-dək San-Fransiskodakı konsulluğunu və Vaşinqtonla Nyu-Yorkda yerləşən iki obyektini bağlamağı tələb edib.

Bununla yanaşı, Dövlət Departamenti Rusiya ilə diplomatik danışıqların tam şəkildə nəticə vermədiyini bildirib.

Qurum Rusiyaya qarşı əlavə addımların da atılacağını istisna etməyib.