Avqustun 13-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Ziya Bünyadov prospektindən Atatürk prospektinə dönən yolda, Ayna Sultanova heykəlinin yaxınlığında iritutumlu sərnişin avtobusu piyadanı vurub.
Məlumata görə, 211 saylı xətt üzrə hərəkət edən “Otoyol” markalı, 10 TL 015 nömrə nişanlı avtobus paytaxt sakini Rüstəmova Hənifə Qurban qızını vurub. Avtobus sürətlə hərəkət etdiyindən qadın qəzadan yayına bilməyib və nəqliyyat vasitəsinin altında qalıb. H.Rüstəmova hadisə yerindəcə keçinib.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.