İsmət Abbasov Cavid Qurbanovu məhkəməyə verib

“Azəryolservis”ə qarşı məhkəmə iddialarının ard-arası kəsilmir. Məhkəmə iddiaları yol tikintisi zamanı qurumun etdiyi qanunsuzluqlarla bağlıdır. “Azəryolservis”ə qarşı iddia qaldıranlardan biri də “Orxan Damazlıq Təsərrüfatı” MMC-dir. Bu barədə “Reytinq” qəzeti məlumat yayıb.
Adıçəkilən MMC Kənd Təsərrüfatı Nazirliyinə bağlıdır. Deməli, “Azəryolservis”in məhkəməyə verilməsində kənd təsərrüfatı naziri Ismət Abbasov dayanır. Bunun başqa səbəbləri də var. Məsələ burasındadır ki, Ismət Abbasovla Cavid Qurbanovun münasibətləri yaxşı deyil. Hər iki məmurun arasında köhnədən ədavət var. Məlumatlara görə, Ismət Abbasov yaxın çevrəsinə daxil olan və hazırda Biləsuvar rayonunun icra başçısı vəzifəsində çalışan Mahir Quliyevi Astaradan əvvəl Kəlbəcərə icra başçısı təyin etdirmək istəyib. Lakin Cavid Qurbanov buna imkan verməyib. Məhz bu məsələ Ismət Abbasovla Cavid Qurbanovun münasibətlərini korlayıb. Görünür, Ismət Abbasov hələ də bunu unutmayıb.