İtkin düşən uşaq tapıldı VİDEO

Qubada meşədə itkin düşən uşaq Fövqəladə Hallar Nazirliyinin  Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən  tapılıb.

2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu avqustun 28-də Quba rayonun Əski İqrıq kəndində meşəlik ərazidə yerləşən istirahət mərkəzlərinin birində itmişdi. Yaxınlarının xına mərasimində iştirak edən ailə üzvləri ilə birlikdə istirahət mərkəzində olan azyaşlı bir müddət sonra yoxa çıxmışdı.

 

Azadliq.info