Əliyev Dini Komitəyə 1 milyon manat ayırdı

Azərbaycan prezidenti İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncam imzalayıb. AzərTAc-ın yaydığı məlumata görə, sərəncama əsasən 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 1 milyon manat ayrılıb.