Aysel Teymurzadə evliliyini rəsmiləşdirdi

Azərbaycana “Eurovision-2009” müsabiqəsində 3-cü yeri qazandırmış müğənni Aysel Teymurzadənin Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla nişanlanması haqqında bir neçə ay əvvəl məlumat yayılmışdı.
Artıq sənətçilərin münasibətlərini rəsmiləşdirdiyi xəbər verilir. Onlar bir müddət əvvəl rəsmi nikaha daxil olublar. Onlarla bağlı daha maraqlı xəbər isə Ayselin nikahdan öncə hamilə olması ilə bağlıdır. Elə Ayselin tədbirlərdə iştirak etməməsinin səbəbi də bununla bağlıdır. Məlumatlara görə, Murad Adıgözəlov Ayselin qarşısında müğənniliyi buraxmaqla bağlı şərt də qoyub (Qafqazinfo.az).
Murad Adıgözəlov məşhur Adıgözəlovlar nəslinin nümayəndəsidir. O, 1973-cü il noyabrın 20-də Bakı şəhərində anadan olub. Aysellə nikaha daxil olana qədər isə maestro ailəli olub, övladı da var.