XXX Yay Olimpiya Oyunları başa çatıb. London Olimpiya meydanında təntənəli bağlanış mərasimi keçirilib. “Britaniya musiqisinin simfoniyası” adlı şouda 4 mindən artıq insan və estrada ulduzu iştirak edib. Məşhur britaniyalı qruluşçu-xoreoqraf Kim Qevinin rejissorluq etdiyi mərasimdə Muse, Pet Shop Boys, Take That, The Who, Spice Girls qrupu, eləcə də dünyaşöhrətli britaniyalı Edvard Elqar, Adel də çıxış ediblər.
Təqdimatın əvvəllində Yay Olimpiya Oyunlarının açılışında olduğu kimi səhnə Londonun görməli yerlərinin elementləri ilə bəzədilib, qəzetə bükülmüş maşın və insanlarla doldurulub. Onlar London paytaxtında həyatı kağızlarda əks etdirən ilk KİV-i simvolizə etməyə çalışıblar.
İnsanlar və avtomobillərin xaotik hərəkətlərini Uniston Çörçillin obrazını canlandıran aktyor nizamlayıb. Bundan sonra Olimpiadanın səhnəsində Birləşmiş Krallığın himni səsləndirilib.
Daha sonra ulduzların ifası başlayıb. Səhnədə “Madness”, “Pet Shop Boys”, “One Direction”, “Stomp”, “Spelbaound” və “Rey Devis” çıxış ediblər. bundan başqa, Şahzadə qvardiyasının orkestrı Beatles qrupunun kompozisiyasını ifa ediblər. London Yay Olimpia oyunları möhtəşəm şəkildə davam edib.
Sonra mərasimdə ənənəvi olimpiya ritualları nümayiş etdirilib. Oyunların yarandığı Yunanıstanın himni səsləndirilib. Daha sonra Olimpiada bayrağı endirilib, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe Londonun meri Boris Consonla olimpiya bayrağını 2016-cı ildə yay oyunlarının keçiriləcəyi Rio-de-Janeyronun merinə təqdim edilib və Braziliyanın himni səsləndirilib (ans press).
London Olimpiadasında birinci yeri 104 medalla (46 qızıl, 29 gümüş, 29 bürünc) ABŞ tutub. İlk beşliyi Çin (87 medal – 38/27/22), Rusiya (82 medal – 24/25/33), Böyük Britaniya (65 medal – 29/17/19) və Almaniya (44 medal – 11/19/14) tamamlayır. Azərbaycan bu Olimpiadada 2 qızıl, 2 gümüş, 6 bürünclə (10 medal) 30 yeri tutub.
London Olimpiadası təntənə ilə başa çatdı (FOTOLAR)
•
•