İran Bakıdan gedən yardımı geri qaytarıb?

Güney Azərbaycanda baş vermiş dəhşətli zəlzələ ilə bağlı Azərbaycan və Türkiyə hökumətinin göndərdiyi humanitar yardım İrana buraxılmayıb. “Vətəninfo.az” güneyli soydaşlarımıza istinadla verdiyi məlumata görə, hazırda yardım karvanı gömrük məntəqələrində gözlədilir.

***

Azərbaycandan İrana zəlzələdən zərər çəkən bölgəyə yardım karvanı yola düşüb. Fövqəladə Hallar Nazirliyinin saytında yerləşdirilən məlumata görə, 25 yük maşınından ibarət karvanında un və müxtəlif ərzaq məhsulları (içməli su, meyvə şirələri, bitki yağları, düyü, makaron, zeytun və digər zəruri ərzaq məhsulları), 460 çadır və 1000 ədəd yataq dəsti var.