Xetaq Qazyumov Azərbaycana daha bir medal gətirdi

Azərbaycan güləşçisi Xetaq Qazyumov London Olimpiadasında bürünc medal qazandı.

O İlk görüşdə tacikistanlı idmançı Rüstəm İsgəndəri ilə qarşılaşıb və hər iki hissədə rəqibini inamla məğlub edib.

Bürünc medal uğrunda mübarizədə isə o iranlı idmançı Məhəmməd Yazdani ilə qarşılaşmalı idi.

Amma rəqib idmançı zədəli olduğundan bu görüşə çıxmaqdan imtina edib və beləliklə, Qazyumov olimpiadada Azərbaycana 10-cu medalı qazandırdı.