Nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində taksilər üçün xüsusi dayanacaqlar hazırlanır. Məqsəd taksilərin avtobus dayanacaqlarında fəaliyyət göstərməsinə əngəl olmaqdır.
Taksi meydançaları insanların sıx toplaşdığı yerdə, avtobus dayanacaqları və metro stansiyalarına yaxın bir ərazilərdə qurulur. Şəhərin müxtəlif yerlərində 134 dayanacaq üçün yerlər müəyyən olunub. Artıq 65-dən çox dayanacağın yeri hazırdır və pasportlama işləri aparılır. Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovun sözlərinə görə, istənilən adam həm meydançada gedib taksiyə minə bilər, həm də öz evindən blokunun qarşısına taksini sifariş edə bilər.
Bu meydançalarda qanuni lisenziyası olan taksilər fəaliyyət göstərəcək.
Bakıda yeni “taksi ovu” başlayır
•
•