“Samsung”un sədr müavini 5 il müddətinə məhkum edildi

Seul Dairə Məhkəməsi “Samsung” şirkətlər qrupunun sədrinin müavini Li Çje Yonun 5 il müddətinə azadlıqdan məhrum edilməsiylə bağlı hökm çıxarıb.

Yon Cənubu Koreyanın sabiq prezident Pak Kın Henin ətrafındakı nümayəndələrə rüşvət verməkdə təqsirli bilinib.