Türkiyə London Olimpiadasında növbəti uğurunu qazanıb. Qadınlar arasında 1500 m məsafəyə qaçış yarışlarının həm qızıl, həm də gümüş medalını türkiyəli idmançılar alıb. 1-ci yeri 4 dəqiqə 10,23 saniyəlik göstərici ilə Aslı Çakır Alptekin tutub. Qamze Bulut ondan 0,17 saniyə geri qalaraq finişə 2-ci çatıb. Bu, Türkiyənin Olimpiya oyunları tarixində atletika üzrə ilk qızıl medalı olub.
Bu nəticədən sonra Türkiyə 2 qızıl, 2 gümüş və 1 bürünclə medal cədvəlində 30-cu sıraya qalxıb.