Obama iftar süfrəsi açdı

ABŞ prezidenti Ağ evdə müsəlmanlarını qəbul edib

ABŞ prezidenti Barak Obama Ramazan ayı münasibəti ilə Amerikanın müsəlman cəmiyyətinə iftar süfrəsi açıb. Ağ Evdə keçirilən mərasimə müsəlman dini cəmiyyətin üzvləri ilə yanaşı ölkənin diplomatik nümayəndələri də qatılıb. Obama çıxışı zamanı müsəlmanların Ramazan ayını təbrik edib.

“Ölkəmizdə olan milyonlarla müsəlmana, həmçinin, dünya üzrə 1 milyarddan çox müsəlmana səslənirəm. Ramazan bayramınız mübarək. Heç bir amerikalı ibadət edərəkən özünü təhlükədə hiss etməməlidir. Hər kəsin öz dininə aşkar şəkildə ibadət edə bilmək hüququ var. Bu təkcə amerikalıların deyil, ümumilikdə, dünya ictimaiyyətinin haqqıdır. Buna görə də biz ölkəmizdə və dünyada etiqad və din seçimi azadlığını həmişə qoruyacağıq”, – deyə Obama bildirib.