Erməni helikopterini vurmaqla məşhurlaşan “daha bəsdir” deyib ordudan ayrıldı

Azərbaycan ordusunun giziri, “Vur, komandir, vur!” videosuyla məşhurlaşan İlkin Muradov hərbi xidmətini başa vurub.

Oxu.Az xəbər verir ki, bu barədə Muradov özü bildirib: “Daha bəsdir, mənim xidmətim bura qədər. Öz seçimimdir. Özüm qərarımı vermişəm. Dünəndən hərbi mənimçün bitdi”. Qeyd edək ki, İlkin Muradov 2014-cü ilin noyabrın 12-də cəbhə xəttində erməni helikopterini vurmaqla məşhurlaşmışdı.