Ötən gün London Olimpiadasının boks yarışlarında yarımfinal mərhələsinin görüşləri keçirilib. Bu mərhələdə iki Azərbaycan idmançısı qüvvəsini sınayıb.
91 kiloqramdan aşağı çəki dərəcəsində mübarizə aparan Teymur Məmmədov italiyalı Klemente Russo ilə qarşılaşıb. İlk iki raundda üstün olan və 9:6 hesabı ilə önə keçən idmançımız üçüncü hissədə təşəbbüsü əldən verib. Nəticədə son raundu Klemente Russo 9:4 hesabı ilə qazanıb və finala çıxıb. Teymur Məmmədov isə olimpiadanı bürünc medalla tərk edib.
91 kiloqramdan yuxarı çəki dərəcəsində isə Məhəmmədrəsul Məcidov İtaliya idmançısı Roberto Kammarelle ilə qarşılaşıb. M.Məcidov da rəqibinə uduzaraq bürünc medalla kifayətlənməli olub.
Bununla da Azərbaycan idmaçılarının XXX Yay Olimpiya Oyunlarında qazandığı medal sayı 7-yə çatıb.
Boksçularımız bürünc medal qazandı
•
•