“Mourinyo ədəb və hörmət cəhətdən çox zəifdir”

 

Balotelli Joze Mourinyo haqqında sərt danışdı

 

Mövsümün əvvəlində “Inter”dən “Mançester Siti”yə transfer olunan Mario Balotelli vaxtilə Italiyada rəhbərliyi altında oynadığı, hazırda isə “Real”ı çalışdıran Joze Mourinyo haqqında kəskin fikirlər səsləndirib. Portuqaliyalı mütəxəssisi “mükəmməl məşqçi” kimi xarakterizə edən Balotelli bununla belə, şəxsi keyfiyyətlərinə görə Mourinyonu qınayıb. Futbolçunun sözlərinə görə, Mourinyonun xarakterində bir çox böyük əskikliklər var.

“Hələ ”Inter”də oynadığım zaman Mourinyo ilə münasibətlərimizin yaxşı olmadığı bir həqiqətdir. Doğrudur, o, dünyanın ən yaxşı məşqçisi ola bilər. Amma ədəb və hörmət baxımından bu adam çox zəifdir”, – deyə Balotelli bildirib.