Vasif Talıbovla bağlı məxfi yığıncaq

v talibovNaxçıvan əsilli məmurlar “xan”a qarşı birləşir

Hakimiyyətdəki Naxçıvan əsilli yüksək vəzifəli məmurlar  Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla bağlı yığıncaq keçiriblər. Hakimiyyət daxilindən “Azadlıq”a sızan məlumatlarda deyilir ki, yığıncaq Naxçıvan əsilli yüksək vəzifəli məmurlardan birinin bağ evində baş tutub.
Yığıncaqda Vasif Talıbovun əməlləri, onun Naxçıvanı şəxsi təsərrüfatına çevirməsi, digər məmurlara Muxtar Respublikada heç bir hüquq tanınıması müzakirə edilib. Qərara alınıb ki, bu barədə ölkə başçısı Ilham Əliyevlə söhbət aparılsın və Naxçıvan Vasif Talıbovun inhisarından çıxarılmasına nail olunsun.
Məlumat üçün deyək ki, Vasif Talıbov heç bir məmura Naxçıvanda biznes qurmağa, ümumiyyətlə burada baş verənlərə müdaxilə etməyə imkan vermir. Bundan əlavə Vasif Talıbovun əməlləri artıq həmin məmurların Naxçıvandakı qohum-əqrəbalarını da zinhara gətirib. Vasif Talıbovun həm Ilham Əliyev, həm də Bəylər Əyyubovla qohum olması həmin məmurları “xan”la konfliktə girməkdən çəkindirir. Bu baxımdan da Vasif Talıbova qarşı birləşərək mübarizə aparmaq məqsədəuyğun hesab edilib.

Hikmət