Medal gözlənilən idmançımızdan uğursuz start

XXX London Yay Olimpiya Oyunlarında ölkəmizi kanoe idman növündə təmsil edən Valentin Demyanenko bir nəfərlik qayıqla 200 metr məsafəyə təsnifat yürüşündə qüvvəsini sınayıb. Olimpiadada medal ümidlərimizdən olan idmançımız uğursuzluğa düçar olub. Kanoeçimiz təsnifat mərhələsində uğursuz çıxış edərək mərhələni sonuncu başa vurub.