Böyük Britaniya Suriya üsyançılarına yardım etməyə hazırlaşır. Böyük Britaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, “Azad Suriya Ordusu”na 5 milyon funt sterlinq, yəni 7,8 milyon dollar həcmində maliyyə yardımı ayrılmasına qərar verilib.
Bu məbləğ üsyançılar üçün kommunikasiya vasitələri və tibbi preparatlar alınmasına sərf ediləcək. Böyük Britaniya Xarici İşlər Nazirliyi hesab edir ki, bu yardım suriyalı üsyançılara qarşı tərəfin yaratdığı rabitə vasitələri blokadası ilə mübarizə aparmağa kömək edəcək.