Londonun Olimpiya kəndində partlayış

Londonun Olimpiya kəndində, Yeni Zelandiya azarkeşlərinin sektorunda partlayış baş verib. ANS PRESS-in Böyük Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə yerindən, həmçinin yaxında yanmağa başlayan evdən 700-ə yaxın adam köçürülüb.

Partlayış azarkeşlərin əyləndiyi zaman baş verib. İlkin məlumata görə, barbekü üçün qaza balonu partlayıb. Şahidlərin sözlərinə görə, hadisə zamanı xəsarət alan olmayıb.

Yeni Zelandiyanın Olimpiya Komitəsində qəsəbədə yanğın çıxdığını təsdiq ediblər. “İnsanlar rahat şəkildə evakuasiya edilib, həmçinin qəza xidməti çağrılıb. İnsanların evakuasiyası uğurla başa çatandan sonra barbekü üçün qaz balonu partlayıb. Hazırda durum öyrənilir”, – deyə komitənin mətbuat xidmətindən bildirilir.