Müdafiə Sənayesi nazirinin qardaşı Əlikram Camalovla bağlı məhkəmə prosesi davam edir
Əlikram Camalov qeyd edib ki, təqsirləndirilən S.Nəbiyevlə aralarında biznes fəaliyyəti olmayıb: “Mən ona 18 min manat pulu kömək məqsədi ilə vermişdim. Özünə iş quracağını dedi. Bunu da iki dəfəyə vermişəm. Həmin pulun 50 faizini keçəcəkdim. Artıq keçmirəm. Aramızda olan müqavilə 2015-ci ilin noyabır ayında imzalanıb. Əvvəl Samir pulu geri qaytarmadı deyə, onunla müqavilə bağladım. Sonra Samir məni aldadıb, pulumu geri qaytarmadı. Mənə ayda 2100 manat pul verməli idi. Lakin o, qazancından sadəcə 4000 manat pul qaytardı”.
Hakimlərin suallarını cavablandıran təqsirləndirilən S.Nəbiyev söyləyib ki, Ə.Camalovdan aldığı puldan 4000 manat və 1500 dollar pul geri qaytarıb: “Sonra mağazada işlər yaxşı getmədi. Həmin pulları da Əlikram müəllimin sürücüsü Hidayət müəllimə vermişəm. O, iki dəfə mağazaya gəlib, pulu aparıb. Sonra imkanım olmadı, atam rəhmətə getdi. Heç bir yerə qaçıb, gizlənməmişdim. Atamın yas mərasimi günü sahə müvəkkili gəlib məni apardı”.
Məhkəmənin növbəti prosesi avqustun 23-nə təyin olunub.
Azadliq.info