ABŞ prezidenti diktatorlarla mübarizəyə çağırıldı

22 məşhur hüquq müdafiə təşkilatı birgə müraciət yaydı

ABŞ dünyada insan hüquqlarının müdafiəsində rolunu gücləndirməli və daha fəal rol oynamalıdır. Avqustun 2-də 22 hüquq müdafiə təşkilatı və ekspertin imzaladığı “Növbəti Amerika prezidenti üçün insan hüquqları sahəsində 10 ən mühüm problem” adlı müraciətin mahiyyəti belədir.
Sənəddə istər ikinci müddət üçün Obama, istərsə də Romni administrasiyası olsun, növbəti Amerika prezidenti üçün siyasi prioritetlər müəyyən olunur, bu barədə Turan-ın Vaşinqton müxbiri bildirib.
Sənədi imzalayanlar arasında Freedom House, Human Rights First, Human Rights Watch və s. kimi təşkilatlar var.
“Son illər çox sayda kütləvi vəhşiliklər gördük. Darfurda, Konqoda və Suriyada. Növbəti administrasiya kütləvi vəhşilik və soyqırım hallarına səmərəli reaksiya verməli və belə halların qarşısını almalıdır”, deyə sənəddə bildirilir.
Sənəd müəllifləri ABŞ-ın Rusiya, Çin, Efiopiya, Səudiyyə Ərəbistanı, Özbəkistan və s. daxil olmaqla, avtoritar rejimlərlə layiq olmadıqları yaxşı münasibətləri tendensiyasını qeyd edirlər. Sənəddə Amerika korporasiyalarının məsuliyyətinin əhəmiyyəti qeyd olunur. Onlar şirkətlərə əcnəbi vəzifəli şəxsləri rüşvətlə öz tərəfinə çəkməyi qadağan edən 1977-ci il tarixli Foreign Corrupt Practices Act (FCPA) sənədinə riayət etməlidirlər.