Azərbaycan iqtisadiyyatı ancaq geri gedir

2017-ci ilin yanvar-iyul ayları ərzində 37 milyard 645,4 milyon manatlır ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-сı ilin yanvar-iyul aylarına nisbətən ÜDM 1% azalıb.

2017-ci ilin birinci yarısında ölkədə 31 milyard 310,6 milyon manat  ümumi daxili məhsul istehsal edilmişdi. Bu, 2016-сı ilinyanvar-may aylarına nisbətən 0,9% az idi.

7 ayda qeyri-neft ÜDM-i isə 2,2% artaraq 23 milyard 254,7 milyon manata çatıb.

Əhalinin hər nəfərinə 3 875,6 manatlıq ÜDM düşüb.

azadliq.info