Ən təhlükəsiz nəqliyyat təyyarədir

“Metro” qəzeti yazır ki, bir çoxları təyyarə ilə səyahətdən çəkinsələr də, hava nəqliyyatı insanın ölümü baxımından ən təhlükəsiz nəqliiyat növüdür.
Qəzet yazır ki, hər on nəfərdən birində uçmaq fobiyası olur, lakin statistika baxımından təyyarə avtomobildən daha təhlükəsiz nəqliyyat növüdür.
Birləşmiş Ştatların Nəqliyyat Nazirliyi nəqliyyat növləri üzrə insan ölümlərinin statistikasını açıqlayıb.

Avtomobil

Statistikaya görə avtomobil qəzaları kifayət qədər tez-tez baş versə də, bu qəzalarda ölüm halları o qədər də yüksək deyil.
Orta hesabla avtomobil nəqliiyatında 114 qəza nəticəsində yalnız bir sürücü həyatını itirir.
Avrtomobildə sərnişin olaraq həlak olmaq şansının nisbəti isə 654 hadisədən 1 ölümdür.

Qatar

Statistikaya görə 2015-ci ildə dəmiryolu ilə bağlı qəzalarda 749 nəfər həlak olub. Amma bu qəzalarda ölənlərin 60 faizi qatarın içində yox, çölündə olub. Başqa sözlərlə adamların əksəriyyəti dəmir yollarını keçərkən həlak olub.

Gəmi

2015-ci ildə 700 nəfər gəmi qəzalarında həlak olub. Lakin bunların 90 faizi əldəqayırma qayıqlardan istifadə edənlərdir. Bu isə o deməkdir ki, normal gəmi ilə səyahət o qədər də təhlükəli deyil.

Təyyarə

Təyyarə ilə səyahət zamanı həlak olmaq şansı 9821-də 1-dir. Əslində 2015-ci il ərzində Birləşmiş Ştatlarda 848 milyon nəfər təyyarə ilə səhayət edib. Bu müddət ərzində hava nəqliyyatında ölənlərin sayı 444 olub.
Beləliklə, statistikaya görə ən salamat nəqliyyat növü yenə də təyyarədir.