Bakıda plasmas boru sexi yanıb

 Ötən gecə Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan plasmas boru sexinin yanar konstruksiyaları, içərisində olan plastmas materialları və 5 ədəd dəzgah yanıb.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından yanıb.

Yanğın saat 01:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.