Kanal tanınmış müəlliflə yeni müqavilə bağlamayıb
ANS televiziyasının bədii və publisistik verilişlər departamentinin baş redaktoru Samirə Səfərəliyeva publisist Orxan Fikrətoğlunun telekanaldan getməsi ilə bağlı Modern.az saytına açıqlama verib. S.Səfərəliyeva bildirib ki, publisistin bu televiziya mövsümündə müqaviləsi başa çatıb və onunla yeni müqavilə imzalanmayıb.
“Orxan Fikrətoğlunun sonuncu müəllif layihəsi “Gərək qala” verilişi idi. Artıq kanalla müqaviləsi başa çatıb. O da yeni layihə təqdim etmədiyi üçün yeni müqavilə imzalanmayıb. Yəni onunla yeni veriliş müzakirəsi aparılmayıb”.
ANS telekanalı Orxan Fikrətoğlunun getməsini belə izah edir. Amma əldə etdiyimiz digər məlumata görə, publisitin kanaldan ayrılmasının başqa bir səbəbi var. Belə ki, Orxan Fikrətoğlu ailəsi ilə birlikdə artıq İstanbulda yaşamağa qərar verdiyi üçün ANS telekanalından gedib. O hətta yeni mövsüm üçün layihə də təqdim edibmiş. Amma Azərbaycanı tərk edəcəyi üçün bu layihəni işləyə bilməyəcək.