Tibbi məqsədli kontingent Livanla sərhəd bölgələrdə yerləşdiriləcək
Suriyanın baş naziri Riyad Hicabın müxaliflərin tərəfinə keçərək Bəşər Əsədi soyqırım törətməkdə ittiham etməsindən sonra Əsədin iqtidardan getməsi və ölkədəki probleminlərin siyasi həllini istəyən Fransa bölgəyə hərbi contingent göndərmək barədə qərar qəbul edib. Fransa prezidenti Fransua Olland Suriya-Livan sərhədinə tibbi məqsədli qrupla birlikdə sərhəddəki suriyalı qaçqınlara dərman və qida köməyi aparacaq birlik göndərəcəklərini açıqlayıb. Hərbi birlik bu həftə sonu Suriya-Livan sərhədinə çatacaq.
Sələfi Nikola Sarkozi tərəfindən Suriyadakı proseslərə qatılmamaqda günahlandırılan Olland bölgədə hərbi gücünü artırmaq qərar verib. Ötən gecə Yelisey Sarayından yayılan yazılı açıqlamada bildirilib ki, sərhəddəki insani vəziyyətin durumunu nəzərə alaraq bölgəyə silahlı birliklər göndərilməsi qərara alınıb. İordaniya hakimiyyəti də Fransanın bölgəyə qüvvələr göndərilməsini müsbət qarşılayıb.
Bununla yanaşı Fransanın xarici işlər naziri Loren Fabius da tibbi məqsədlə bölgəyə göndərilən hərbi birliyin işlərini yerində görmək və sərhəd ölkələriylə müzakirələr aparmaq üçün avqustun 15-dən İordaniya sərhədindən başlayan gəzintiyə çıxacaq. Fabiusun suriyalı qaçqın düşərgələrinin olduğu sərhəd ölkələrini ziyarət edəcəyi də gözlənilir.