İdmançılarımız olimpiadanın finalında

Bu gün XXX London Yay Olimpiya Oyunlarında kanoe sprint yarışlarında Azərbaycanı təmsil edən Sergey Bezuqlıy – Maksim Prokopenko dueti mübarizəyə qoşulub. 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə duetimiz 2-ci qrupda mübarizə aparıb. Sergey Bezuqlıy – Maksim Prokopenko dueti finiş xəttinə birinci çatıb və birbaşa finala vəsiqə qazanıb.