“Suriyadan sonra Türkiyə silahlı qarşıdurmaların mərkəzi ola bilər”
İran ordusunun baş qərargah rəisi general Həsən Firuzabadi Suriya ərazisində yaşanan silahlı qarşıdurmalara görə Türkiyə, Qətər və Səudiyyə Ərəbistanının məsuliyyət daşıdığını bildirib. Generalın sözlərinə görə, Suriyadan sonra Türkiyədə də eyni hadisələr yaşanacaq. Rəsmi hərbi saytlardan birinə açıqlama verən Firuzabadi Suriyanın bəzi qonşularının “böyük şeytan” ABŞ-ın maraqlarına uyğun hərəkət etdiklərini deyib.
Baş qərargah rəisi əlavə edib ki, ABŞ-ın maraqlarına uyğun davranan ölkələr indiki mövqelərində dursalar Suriyadan sonra Türkiyə də silahlı qarşıdurmaların mərkəzinə çevriləcək:“Dostlarımızı xəbərdar edirik. Bu üç ölkə “Əl-Qaidə” terrorizminin yayılma qurbanı olmasınlar”.