İctimai Palatanın hakimiyyətlə mitinq məhkəməsi başladı

Məhkəmə ədalətli qarar verməsə, Ziya Məmmədovla Hacıbala Abutalıbov Avropa Məhkəməsinə veriləcək

Bakı şəhər 1 saylı Iqtisad Məhkəməsində hakimiyyətin Ictimai Palatanın 2012-ci il aprelin 22-də keçirdiyi mitinqə törətdiyi əngəllərlə bağlı şikayətə baxılıb.
Müsavat Partiyasından “Turan”a verilən məlumata görə, Müsavat Partiyasından Tofiq Yaqublu, AXCP-dən Asəf Quliyev, VHP-dən Rafiq Manafovun imzaladığı iddia ərizəsinə baxılıb.
T.Yaqublunun məlumatına görə, mitinqə gedən insanlara maneçilik törətdiyinə görə Bakı Şəhər Baş Polis Idarəsinə və mitinq yerinə gedən avtobusların marşrutdan çıxardığına görə Nəqliyyat Nazirliyinə də qarşı iddia qaldırılıb.
Bu iş üzrə  məhkəmə iclası avqustun 26-na təyin olunub.
T.Yaqublu Azərbaycan məhkəmə sistemi bu müraciətə ədalətli baxılmasını təmin etməsə Avropa Məhkəməsinə müraciət edəcəklərini deyib. T.Yaqublu qeyd edib ki, Müsavat Partiyasının 2008-ci ildə mitinqlə bağlı göndərdiyi şikayət də Avropa Insan Haqları Məhkəməsi tərəfindən icraata götürülüb: “O zaman Bakı Şəhər Icra Hakimiyyəti Müsavat Partiyasının ”Ukrayna dairəsi”ndə mitinq keçirmək üçün müraciətinə “yox” cavabı vermişdi. Yerli məhkəmə instansiyalarını keçəndən sonra Avropa Məhkəməsinə şikayət etdik. Əminik ki, Avropa Məhkəməsində bizim xeyrimizə qərar qəbul olunacaq”.  T.Yaqublu həmçinin bildirib ki, bu, sərbəst toplaşma azadlığı ilə bağlı Avropa Məhkəməsinə göndərilən ilk şikayətdir.