Bakının Qaradağ rayonunda qəza nəticəsində dünyasını dəyişən velosipedçinin şəxsiyyəti müəyyənləşdirilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən xəbərə görə ölən şəxs federasiyasının keçmiş idmançısı, Azərbaycan yığma komandasının sabiq üzvü Akif Abdullayevdir.
Xatırladaq ki, KİA markalı avtomobil yolu keçən iki velosipedçini vurub, daha sonra BMW-yə çırpılıb. Nəticədə velosipedi sürən təxminən 25 yaşlı kişi hadisə yerində ölüb. Digər velosipedçi, 24 yaşlı Rəhimova soyadlı qız isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.