Qroznıda partlayış

Çeçenistanın paytaxtı Qroznıda polis məntəqəsinə yaxın ərazidə güclü partlayış baş verib. İlkin məlumatalara görə, partlayış nəticəsində 4 nəfər həlak olub, azı 4 nəfər isə yaralanıb. Qroznının Oktyabrskaya rayonundakı partlayışın kamikadze tərəfindən törədildiyi bildirilir. Olayla bağlı rəsmi açıqlama hələlik yoxdur.