boks-london-qalmaqal

Azərbaycanla bağlı boks qalmaqalında rüşvət iddiası genişlənir

boks-london-qalmaqal“BBC azərbaycanlı vəzifəli şəxslərin şübhəli ödənişləri barədə bildirmişdi”

London Olimpiadasında Azərbaycanla bağlı baş vermiş boks qalmaqalı dünyanın gündəmindən düşmür.
Xatırladaq ki, azərbaycanlı boksçu Məhəmməd Əbdülhəmidov yaponiyalı Satosi Simidzu ilə qarşılaşmada 3-cü raundda 6 dəfə yerə yıxılsa da, Türkmənistandan olan hakim İşanqulı Meretniyazov oyunu dayandırmayıb və sonda da qələbəni azərbaycanlı idmançıya verib. Yaponiya tərəfin şikayətindən sonra Olimpiya Komitəsi hakimi qərarını ləğv edərək, qələbəni Satosi Simidzuya verib. Əbdülhəmidova isə texniki nokaut elan olunub.
Baş verənlərlə əlaqədar Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) türkmənistanlı hakim İşanqulı Meretniyazovu dərhal Olimpiya oyunlarından kənarlaşdırıb. Ondan başqa Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev də Olimpiadadan kənarlaşdırılıb.
Dünya mediasında geniş əks-səda doğuran bu olaya “EurasiaNet”in baş redaktoru Castin Berk də toxunub. Baş redaktor yazıb ki, AİBA-nın qərarı yalnış deyil. Azərbaycanlı idmançı 6 dəfə yıxılıb, amma “hansı yollasa qələbə ona verilib”.
“Xoşbəxtlikdən ədalət öz yerini alıb və apellyasiya nəticəsində matçın yekunlarına yenidən baxılıb: qələbə Əbdülhəmidovun rəqibi, yaponiyalı boksçu  Satosi Simidzuya verilib. Beynəlxalq həvəskar boks qaydalarına görə, bir raundda üç nokdaundan sonra hakim döyüşü dayandırmalıdır.
Bu döyüşdə hakimin qərəzliyi bunda maliyyə stimulunun olması ilə bağlı boks dairələrində şübhələr doğurur. 2011-ci ilin sonunda BBC azərbaycanlı vəzifəli şəxslərin şübhəli ödənişləri barədə bildirmişdi ki, bunu da Olimpiadada azərbaycanlı boksçuların maraqlarının təmin olunması məqsədilə rüşvətin verilməsi cəhdi kimi yozmaq olar.
Maraqlıdır ki, Meretniyazovun evə göndərildiyi elan edilən   gün AIBA azərbaycanlı idman məmuru Ağacan Əbiyevin də olimpiya yarışlarından kənarlaşdırıldığını bildirib. Lakin AIBA bu addımının səbəblərini konkretləşdirməyib.
Türkmənistanlı referinin rüşvətxor ola bilməsi planetin ən çox korrupsiyaya uğramış ölkələrindən biri olan Türkmənistanın reputasiyası ilə uzlaşır. Türkmənistan KİV-nin bu insidentə məhəl qoymaması da təəccüblü deyil. KİV sussa da, prezident Qurbanqulı Berdımuhammedovun hansı addım atacığını başa düşmək çətin deyil: yəqin ki, kimisə həbs edəcək”, – deyə Berk yazıb (“Turan”).